Penopleks ilk dəfə Amerika Birləşmiş Ştatlarında yaradılmış sintetik termo izolyasiya məhsuludur. Digər termo izolyasiya məhsulları ilə müqayisədə əsas üstünlükləri yüksək geometrik dayanıqlı və sıxılmaya davamlı olmasıdır. Homogen hüceyrə quruluşuna malikdir, istifadə yerindən asılı olaraq fərqli ölçüdə və sıxılma gücündə istehsal edilə bilər. Kompressiv gücü çox yüksəkdir, ağır yüklərə dözümlü olması isə onu fərqləndirən əsas cəhətdir. İstifadə zamanı qalınlığı azalmır, istiyə, soyuğa, şaxtaya qarşı tam davamlıdır. İstifadə temperaturu - 50 dərəcə ilə 75 dərəcə arasında dəyişir. Penoplekslər yüngüldür, istifadə edilən səthdə əlavə ağırlıq əmələ gətirmir.