Ana səhifə / Haqqımızda
“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkət olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutub, müştərilərinin güvənc yerinə çevrilib. Biz bu gün ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.
Şirkətimizin əsas istiqamətləri santexnika, xırdavat, kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının təbii və travertin daşlarının, hamam məhsulları və aksesuarlarının idxalı, həmçinin topdan və pərakəndə satışından ibarətdir
Missiyamız, müştərilərimizi yüksək keyfiyyətli kafel-metlax və keramika məhsulları ilə təmin etmək, onların estetik funksional ehtiyaclarını ödəmək və yaşayış sahələrini gözəlləşdirməkdir. Hədəf nöqtəmiz müştəri məmnuniyyətini təmin edərək geniş məhsul çeşidimizlə müştərilərimizin gözləntilərini daim yüksək tutmaqdır. Eyni zamanda, ətraf mühitin təmizliyini də hər zaman düşünür, cəmiyyətə və təbiətə qarşı üzərimizə düşən məsuliyyəti yerinə yetiririk. Bizim fərqliliyimiz məhsullarımızın keyfiyyəti, münasib qiymətlərimiz və çox çeşidli məhsullar təklif etməyimizdir.
Azərbaycan Respublikasının sosial-iqtisadi və dayanıqlı inkişafı üçün dəyər yaradan, ölkəmizdə və regionda etibar qazanmış müasir şirkətlər qrupu olmaq gələcək planımızdır. İnnovasiya, keyfiyyət və müştəri diqqəti prinsiplərini əsas götürərək, sektor üçün lider bir mövqe qazanmaq və uzunmüddətli müştəri əlaqələri qurmaq öncəliyimizdir.