Qısa məzmun
Bacarıqlı kadrlar yetişdirmək, onların karyera qurmalarına köməklik göstərmək mərkəzimizin prioritetlərindən biridir. Əgər siz də öz bacarığınızdan əminsinizsə kollektivimizin üzvü olmaq üçün bizə müraciət edə bilərsiniz.
Elanın təsviri
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı: 1000-1500 AZN
İş barədə məlumat
- Qarşıya qoyulmuş satış hədəflərinə çatmaq üçün mütəmadi olaraq satış komandasının nəticələrinin təhlil edilməsi, onlarla gündəlik yoxlamaların keçirilməsi və gələcək üçün satış proqnozlarının verilməsi
- Satışların artırılması üçün daima yeni strategiyaların və metodların üzərində çalışılması
- Satış əməkdaşlarının işə götürülməsi prosesində iştirak, iş prosesinin öyrədilməsi, onlara fərdi hədəflərin qoyulması və daim hədəfə fokuslanması üçün motivasiya edilməsi
- Ehtiyac duyulan satış komandası əməkdaşlarına (yeni işçilərə) təlimlərin keçirilməsi
- Satış komandasının idarə edilməsi, gündəlik olaraq tapşırıqların verilməsi
- Satış əməkdaşlarının mütəmadi olaraq iş fəaliyyəti ilə bağlı hesabatlarının alınması
- Satış komandasının təlim ehtiyaclarının aşkar edilməsi və bacarıqlarının inkişaf etdirilməsi üçün planın tərtib olunması
- Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
- Vitrinlərin yığılmasının təmin edilməsi
- Rəhbərliyə mütəmadi olaraq hesabatların verilməsi
Namizədə tələblər
- Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Planlama bacarığı;
- İdarəetmə bacarığı;
- Araşdırma bacarığı;
- Ünsiyyətcillik;
- Təqdimetmə bacarığı;
- Təmsiletmə bacarığı;
- Tikinti məhsulları satış sahəsi üzrə iş təcrübəsi mütləq olmalıdır.
Məlumatlandırıcı qeydlər
Vakansiyaya müraciət üçün CV-ləri “Satış müdiri” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.