Azdizayn Group MMC olaraq sizlərdən gələn çoxsaylı istəkləri nəzərə alaraq yenilənmiş dizaynda və çox yerdə tapa bilməyəcəyiniz fərqli görünüşdə dekor modellər gətirdik.
Hindistanın tanınmış Fay brendinə məxsus 25 fərqli çeşiddə olan məhsullarımızı modern, loft, həmçinin klassik üslublarınızda rahatlıqla istifadə edə bilərsiniz.
Eni 60, uzunluğu 120 santimetr, qalınlığı isə 9 millimetr olan keramoqranitlərimiz isti döşəməyə tam davamlıdır.
Üzərinin super parlaq olmasına baxmayaraq antislip təbəqəsi olduğundan sürüşmür. Bu səbəbdən mətbəx, qonaq otağı dəhlizlə yanaşı, hamam otağınızda da rahatlıqla istifadə edə bilərsiniz.
Əgər siz də həm keyfiyyətli, həm də münasib qiymətə keramoqranit axtarışındasınızsa, yolunuzu Azdizayndan salmağı unutmayın!