Modern üslub məkanların qeyri adi planlanması, müasir tipdə çağırışı və orijinallığı ilə seçilir. Natural materiallardan başqa (ağac,daş), şüşə, metal, poladdan istifadə edərək məkanlarınızda arzuladığınız ideal görüntüyə sahib ola bilərsiniz.

Üslubun xarakterik xüsusiyyətləri, onun minimalist, lazımsız detallardan arınması və qeyri-dekorativ olmasıdır. Hazırda modern üslubdan yalnız ev təmirində deyil, restoran və otel dizaynında da geniş istifadə edilir.
Modern təmir zamanı daha çox parlaq görünüşə, ən əsası isə açıq rəng tonlarında olan keramoqranitlərə üstünlük verilir. Son zamanlar geniş məkanların təmiri zamanı böyük ölçüdə olan keramoqranitlər müştərilərin ən ideal seçiminə çevrilib.

Ancaq heç şübhəsiz ki, çeşid bolluğu bəzən insanlarda məhsul seçimi və dizaynı ilə bağlı çətinlik yaradır. Azdizayn Group MMC-yə gəldiyiniz zaman peşəkar mütəxəssislərimiz ideal məhsul seçimində sizin ən yaxın məsləhətçiniz olacaq.