Bu tendensiya genişləndikcə insanlar bəzən dizayn seçimində yanıla bilir və eyni görüntüdən sıxıldıqları üçün fərqlilik axtarışına düşürlər.

Hazırda bir çox geniş məkanlarda modern üslubunda təmirə üstünlük verilməsinə baxmayaraq kiçik mənzili və kafesi olanlar loft dizaynında təmirə daha çox maraq göstərirlər.
Bu zaman isə maraqlı bir sual ortaya çıxır. Loft üslubunu digərlərindən nə fərqləndirir?

Mənzilinizin ab-havasını dəyişmək üçün son dərəcə rahat dekorasiya tətbiq edə biləcəyiniz loft təmirində köhnə, lakin modernləşdirilmiş bir dizayn yarada bilərsiniz.
İstər divarda yarada biləcəyiniz taxta və kərpic teksturadan tutmuş, istərsə də yerdə istifadə edə biləcəyiniz mat və sadə keramoqranitlərlə öz təxəyyülünüzdə yaratdığınız və çox yerdə olmayan fərqli bir görüntünün memarı ola bilərsiniz.

Bəzən isə daş teksturasının müşaiyət edəcəyi real görüntü qonaq otağınızda füsunkar bir ab-hava yaradacaq.
Əgər siz də məhsulları haradan əldəetməklə bağlı qərarsız qalmısınızsa, yolunuzu Azdizayn Group MMC-dən salmağı unutmayın!