Yay mövsümünə artıq sayılı günlər qaldığından bir çoxları hovuz təmirinə başlayıb.
Təmir zamanı isə keyfiyyətli məhsullarla yanaşı gözəllik də bir o qədər önəmlidir. Xüsusilə, mozaika alışı zamanı bir çox insan rəng seçimində qərarsız qalır.
Ən çox göy və yaşıl rənglərə tələb olmasına baxmayaraq fərqli rəngdə və dekorativ formada mozaika axtarışında olanlar da az deyil. Bəzən ucuz qiymətə aldananlar keyfiyyəti o qədər də düşünmür.
Belə olan halda isə sevərək tikib, dizayn etdiyiniz hovuzdan geriyə heç nə qalmır. Hazırda təmir-tikinti bazarında həm yerli, həm də Özbəkistan və Türkiyə istehsalı olan mozaikalar üstünlük təşkil edir.
Mozaika seçimi zamanı ən çox diqqət edilməli məqamlardan biri də arxasının silikonlu olmasıdır.
Çünki arxası silikonlu məhsullar daha sıx və dözümlü olduğundan, hətta uzun müddət sonra belə öz görünüşünü olduğu kimi saxlayır. Hazırda bazarlarda arxası setka şəklində olan çoxlu sayda mozaika çeşidləri də kifayət qədər.
Buna görə də, mütləq şəkildə silikonlu mozaikaları setkalı olanlardan ayırd etməyi bacarmalıyıq.
Əgər siz də keyfiyyətli mozaikaları haradan almaqla bağlı qərarsınızsa, o zaman yolunuzu Azdizayn Group MMC-dən salmağı unutmayın!
Bizim hovuz mütəxəssislərimiz sizin üçün qaranlıq qalan bütün nüanslara aydınlıq gətirərək axtardığınız düzgün məhsulu seçməkdə sizə yardımçı olacaqlar.