Bir çoxlarımız görünüşünə heyran olsaq da, onun haqqında kifayət qədər məlumatımız yoxdur. Söhbət təbii daşlar olan travertinlərdən gedir. Travertinləri həm evinizin fasadında, həm də interyer dizaynlarınızda dekor kimi rahatlıqla istifadə edə bilərsiniz.
Verdiyi əvəzolunmaz və real görüntü çox bəyənilsə də, bəzi xüsusiyyətləri müştəriləri təbii daşlardan çəkindirir və fasad üzlüklərini almağa təşviq edir. Travertinlər tez qırılan olduğundan alınan zaman çox hissəsi itkiyə gedir.
Bir müddət sonra soyuq hava şəraitində duzlaşdığından artıq həvəslə alıb seçdiyiniz o görüntüdən geriyə heç nə qalmır. Amma buna baxmayaraq, verdiyi real görünüş porselən tərkibli fasad daşlarından xeyli fərqlənir.
Xüsusilə ağ və qara travertinlər müştərilərin ən çox seçdiyi modellərdəndir. Bütün bunları nəzərə alan müştərilər bəzən seçim qarşısında qalaraq hansı məhsulu seçməli olduqları ilə bağlı qərarsız qalırlar.
Azdizayn Group MMC olaraq fərqli zövqdə olanlar üçün həm daş görünüşündə, relyefli fasad üzlükləri, həm də travertinlər təklif edirik. Siz də tək bir ünvandan istədiyiniz bütün modelləri tapa bilərsiniz.