Həyət evlərini təmir etdirən zaman bir çox insan məhsul seçimində qərarsız qalır. Bəzən tamet və həyət daşlarının fərqini bilməmələri isə məhsul seçimində onların işini daha da çətinləşdirir. Belə olan halda maraqlı bir sual ortaya çıxır. Həyət daşları ilə tametlər arasındakı fərq nədir?
İlkin olaraq, onu qeyd edək ki, görünüş cəhətdən hər ikisi gözəl dizaynda ola bilər. Ancaq tametlərin tərkibi sementdən olduğundan istiyə, şaxtaya və yağıntıya qarşı davamlı olmur. Bir müddət sonra rəngi solur və daha dəqiq desək, bəyənərək seçdiyiniz o gözəl görüntüdən geriyə heç nə qalmır.
Həyət daşları isə uzunömürlü təmir istəyənlər üçün ideal seçim ola bilər. Çünki bu məhsullar porselen tərkibli olduğundan, nəinki zamanla görüntüsünü itirmir, hətta uzun illərdən sonra belə, eyni görünüşdə qalır.
Bazardakı qiymətləri müqayisə etsək, əminliklə deyə bilərik ki, tametlərlə həyət daşlarının arasında elə də ciddi fərq yoxdur. Sadəcə biraz artıq məbləğ ödəməklə uzunmüddətli təmirə sahib ola biləcəksiniz!
Azdizayn Group MMC olaraq sizlərə yüksək keyfiyyətdə olan modelləri ən münasib qiymətə təklif edirik! Siz də seçiminizdə qərarsiz qalısınızsa, yolunuzu bizim ünvandan salmağı unutmayın!
📞+994 70 344 31 46
📍Rövşən Əliyev 4, Ulduz metro stansiyasının yanı, Bakı