Sizcə orta ölçüdə bir hamamın təmiri təqribən nə qədər məbləğə başa gələr? Demək olar ki, hər birimiz ev təmir etdirən zaman ilkin olaraq hesablama aparıb, məbləğin bizim üçün uyğun olub-olmadığını test edirik.
Əlbəttə, bunu edən zaman qiymətlə yanaşı, görünüş və keyfiyyət də ən önəmli nüanslardan biridir. Təqribən 3x2-yə ölçüdə bir hamamı İran istehsalı, xırda ölçülü kafel, metlaxla təmir etdirsək, bu bizə təqribən 400-500 AZN civarında başa gələcək. Əlbəttə, bazarda daha aşağı qiymətə təklif edənlər də ola bilər. İlkin baxışda, modellər oxşar görünə bilər. Ancaq, məhsulun keyfiyyəti onun bişmə dərəcəsi və sıxlığına görə tənzimlənir.
Əgər bu təmiri Hindistan istehsalı keramoqranitlərlə etmək istəsək, təqribən 800-900 AZN məbləğ edəcək.
Beləliklə, doğru seçim edərək siz həm uzunmüddətliliyə qarantiya vermiş olacaqsınız, həm də bol çeşid imkanı olduğundan hamamınızda arzuladığınız ideal görüntünü yarada biləcəksiniz.
Azdizayn Group MMC olaraq müştərilərimizəən keyfiyyətli məhsulları ən münasib qiymətə təklif edirik. Üstəlik, indi bizdən məhsul aldığınız zaman məbləği ilkin ödənişsiz, faizsiz, komissiyasız 18 ayadək hissə-hissə ödəyə bilərsiniz