Yay mövsümündə həm əylənməyin, həm də dincəlməyin ən unikal yollarından biri də hovuzdur. Gözəl təmir olunmuş hovuz sizə asudə vaxtlarınızı səmərəli keçirtmək üçün əla alternativ verir. Bəs hovuz təmiri zamanı nələrə diqqət etməliyik? Hovuz qiymətləri bir neçə faktora bağlı olur.
Standart hovuzlar daha mükəmməl təmir edilməyə imkan verən sadə və funksional seçimlərdən ibarətdir.
Daşma hovuzlar isə onu fərqləndirən xüsusiyyətlərə görə digərlərindən seçilir. Ən əsas fərqli cəhəti isə sudakı kir və yad cisimləri ən qısa zamanda hovuzdan kənarlaşdırmasıdır.
Bundan əlavə, estetik zövq baxımından gözəl görünüşü təmin edir, Üzən zaman hovuz divarları tərəfindən yarana biləcək təhlükəni şəxs üçün minimuma endirir. Hər bir hovuzun təmizliyini təmin etmək məqsədilə, birlikdə onun təmizliyini həyata keçirən komponentlər mövcuddur.
Bu komponentlərdən biri “skimmer” adlanır ki, o nasos və filtrlərdən təşkil olunub və əsas funksiyası hovuzun dibinə çökmədən öncə yarpaq və tullantıları toplamasıdır. Skimmer sadə bir mexanizm ilə hovuz kənarlarına quraşdırılır.
Əlbəttə ki, hovuz təmiri zamanı dayanıqlı və keyfiyyətli məhsullardan istifadə də vacib amildir. Əgər bu məhsulları haradan almaqda qərarsız qalmısınızsa, yolunuzu mütləq şəkildə Azdizayndan salmalısınız!
Unutmayın ki, möhkəm təmir təkcə hovuzunuza deyil, həm də evinizə dəyər qatacaq.