Hindistanın Flavour Granito şirkəti keramoqranit sahəsində dünyaya inteqrasiya edərək öz məhsullarını tanıdır. Bütün standartlara cavab verən bu keramoqranitlərin nə az nə çox 100 dən çox dizaynı mövcuddur. Bu da sizin seçim edə bilməyinizi asanlaşdırır. Anti slip (sürüşməyən) təbəqəyə malik bu keramoqranitləri rahatlıqla evinizin interyerində istifadə edə bilərsiniz. Əsasən eni 60, uzunluğu 120 santimetr ölçüsündə olan məhsulların ixracı ilə məşğul olan şirkət keramoqranitlərinin yüksək keyfiyyətli olması ilə tanınır. Zavoda məxsus parlaq modellər məkanınızın interyer görünüşünü həm fərqli ab-havası, həm də göz oxşayan görünüşü ilə bəzəyəcək. Açıq və tünd rənglərdə 100-dən çox çeşidi hazırda mağazamızda mövcuddur. Evinizdəki gözəlliyi bizimlə kəşf edin!